Şimali Koreya ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə birgə keçirdiyi hərbi təlimləri pisləyən bəyanat yayıb və bu ölkələrə nüvə silahı ilə üz-üzə olduqları barədə xəbərdarlıq edib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən təlimləri “təxribat” kimi qiymətləndirən Şimali Koreya, Vaşinqton və Seulu nüvə silahı ilə hədələyib.
“ABŞ və onun “peyk dövlətlər”i unutmamalıdırlar ki, onların qarşısında nüvə zərbəsi endirə bilən bir ölkə var. Xalqımız və ordumuz bizə ünvanlanan boş sözlərə əhəmiyyət vermir. Əgər ABŞ və onun müttəfiqləri bu cür əməllərdən çəkinməsələr, o zaman Pxenyanın nüvə silahından necə istifadə edəcəyi tamamilə aydındır”,-deyə bəyanatda qeyd olunur.
“AzPolitika.info”


Şərhlər