Menu

İran Prezidenti Ər-Riyada gedəcək – Düşmənlər barışır?

03.04.2023, 18:01
İran Prezidenti Ər-Riyada gedəcək – Düşmənlər barışır?

İran Prezidenti İbrahim Rəisi Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səudun Ər-Riyada səfər etmək dəvətini qəbul edib.

“AzPolitika.info” “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu bazar ertəsi İranın birinci vitse-prezidenti Məhəmməd Moxber də təsdiqləyib.

"Kral Salman İran Prezidentini Ər-Riyada səfərə dəvət etdi və bu dəvətə müsbət cavab verildi", - vitse-prezident deyib. M.Moxber təklif olunan səfərin tarixi barədə məlumat verməyib.

Moxhber həmçinin vurğulayıb ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq İranın hazırkı hökumətinin əsas strategiyalarından biridir.

Xatırladaq ki, İranın tekoratik rejimi Yaxın Şərqin əksər ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə düşmənçilik münasibətlərindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol