Çinə aid olduğu müəyyən edilən hava şarı bu ilin əvvəlində ABŞ üzərində vurulmamışdan günlər əvvəl hərbi bazalardan kəşfiyyat məlumatları toplayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ nəşrləri məlumat yayıb.
Məlumata görə, hava şarı heç bir foto çəkməsə də, ərazidən elektron siqnallar toplayıb.
Qeyd olunub ki, Ağ ev bu məlumatı təsdiqləməsə də, ABŞ rəsmilərinin bildirdiyinə görə, hava şarının kəşfiyyat məlumatı toplamaq imkanları əvvəlcədən məhdudlaşdırılıb.
Pentaqonun sözçüsü Sabrina Sinq bu barədə açıqlama versə də, hava şarının üzərində hansı hərbi qurğuların olduğunu deməyib.
“Biz hələ də Çinin topladığı kəşfiyyat məlumatlarını qiymətləndiririk. Lakin bilirik ki, əvvəlcədən atdığımız addımlar onların daha çox məlumat ələ keçirmələrinə mane olub”, - deyə Sinq bildirib.
“AzPolitika.info”


Şərhlər