Menu

Çin silah satışında öncüllüyə can atır

18.11.2014, 17:15
Çin silah satışında öncüllüyə can atır

Bu yaxınlarda Çinin Çjuxoe şəhərində “Airshow China 2014” aviasia və kosmik texnologiya sərgisində yeni nəsil “Çziyan-31” qırıcı, “Yun-20” hərbi-nəqliyyat təyyarəsi və eləcədə Çinin digər qabaqcıl texnoloji silahları nümayiş etdirilib. Göstərilən bütün eksponatlar həm ölkədə, həm də ölkə xaricində çox böyük marağa səbəb olub.

Əslində qabaqcıl texnologiyalı təyyarələr, səstən iti sürətlə uçan qanadlı “SX-1” raketləri, əsas döyüş tankları və digər hərbi avadanlıqlar Çinin aşağı keyfiyyətli məhsullar istehsal etdiyi dövrlərin artıq arxada qaldığını göstərmək məqsədini daşıyır. Hal-hazırda Çin böyük səylə beynəlxalq arena üçün orta və yüksək keyfiyyətli mallar istehsal etmək niyyətindədir. Çin öz keyfiyyətli brendinin yaradılmasının vacib olduğunu çox yaxşı anlayır və bunu həyata keçirmək məqsədi ilə bütün dünyaya silah-sursat sahəsində “Çində istehsal olunub” markasının üstünlüklərini hiss etdirməyə can atır.

Əlbəttə ki, orta və yüksək keyfiyyətli hərbi avadanlıqla bazara daxil olmaq üçün böyük çətinliklərin və xeyli əngəllərin öhdəsindən gəlinməlidir. Məsələn, Pekin ilə Ankara arasında 4 milyard dollar dəyərində “HQ-9” zenit-raket kompleksinin Türkiyəyə çatdırılması ilə bağlı müqavilə imzalanmışdı. Lakin həmin sövdələşmə xaricdən olan təzyiqlər sayəsində ləğv edildi. Bu yalnız tipik bir nümunədir. Artan silah bazarındakı sərt rəqabət fonunda Çində istehsal edilən məhsulların satış payının xarici əngəllərlə qarşılaşması çox aydın görünür. Belə bir vəziyyətdə Çin silahları ona qoyulan əngəllərin aşılması üçün real gücə ehtiyac duyur. ”HQ-9” zenit-raket kompleksinin Türkiyə tenderində məğlub olmasına baxmayaraq, əminliklə belə demək olar ki, bu işin başlanğıcında Çin məhsulunun Amerika, Rusiya və Avropa məhsullarına görə irəliyə çıxması faktı diqqətlərdən yayınmır.

Aparıcı Qərb dövlətlərinin aviasia və müdafiə sənayesi sahəsi üzrə keçirdikləri sərgilərdə bu ölkələrin müxtəlif sinifli silahlarının satışı məsələsindəki hegemon mövqeləri açıq hiss edilir. Çin bunu yaxşı anlamalı və düzgün nəticə çıxarmalıdır. Məsələn, Çinin “Çzyan-31” qırıcı təyyarəsinin aparıcı aviasalonlarda (sərgilərdə) öz üstün fərqlilik xüsusiyyətini nümayiş etdirməsi mütləq şəkildə gərəklidir. Hələlik, Çin silahları ABŞ və Rusiya hərbi avadanlıqları ilə müqayisə oluna bilməsə də, ancaq beynəlxalq arenada onun “Syolun” qırıcı təyyarəsi, ”Kayşan” zenit-raket kompleksi, gəmilər əleyhinə olan qanadlı raketləri və digər öncül silah sistemləri yaxşı reputasiya qazanıb.

“Jenmin Jibao”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol