Menu

Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

05.04.2023, 08:52
Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə Pentaqonun press-relizində deyilir.

“Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, - məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.

Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırlması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol