Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 1-də Rusiya vətəndaşlarına və bizneslərinə qarşı yeni sanksiyalar tətbiq edib. Onların arasında Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı qızı Tabarik Kadırova məxsus şirkətlər də məhdudiyyətlərə məruz qalıb.
“AzPolitika.info” xəbər verir ki, Kavkaz.Realii saytı bu sanksiyaların Kadırovlar ailəsi üçün hansı nəticələrə səbəb ola biləcəyini araşdırıb.
Zelenskinin yeni fərmanları 33 fiziki şəxsə və 200-dən çox Rusiya şirkətinə on illik məhdudiyyətlər qoyur. Rəsmi sənədlərdən belə məlum olur ki, Kadırovun qızından başqa, siyahıya Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu və arvadı, prezident Vladimir Putinin yaxın adamı, direktorlar şurasının sədri Alina Kabayevanın anası daxil edilib. “Qazprom”un icraçı direktoru Viktor Zubkov, “Şimal axını”nın icraçı direktoru Matias Uorniq və Kremlə bağlı olan digər şəxslərdə sanksiyalar şamil edilib.
18 yaşlı Təbarik Kadırova siyahıda 145-ci yerdədir. Sanksiyalar ona Ukraynada aktiv saxlamağa, hər hansı ticarət əməliyyatı aparmağa və ölkə daxilində hərəkət etməyə imkan vermir.
Çeçenistan rəhbərinin ətrafı xəbərə emosional reaksiya verib. Dövlət Dumasının respublikadan olan deputatı Adam Delimxanov Ukrayna Prezidentini “satanist” adlandıran təhqiramiz yazı dərc edib. Mətbuat naziri Əhməd Dudayev Zelenskinin təhlükənin haradan gəldiyini bildiyini deyib, Çeçenistan rəhbərinin özü isə qızına qarşı sanksiyaları “çaqqalıq” adlandırıb.
Təbarik Kadırova haqqında çox az şey məlumdur. O, 2021-ci ildə orta məktəbi bitirib və böyük bacısı Aişat sosial şəbəkədə onun evləndiyini yazıb, amma ərinin adı açıqlanmır.
Ramzan Kadırovun qızı 2019-cu ilin dekabrında iaşə sektorunda fəaliyyət göstərən “Omicron 96” şirkətini qurub. Şirkətin maliyyə dövriyyəsi və onun ödədiyi vergilər haqqında məlumat ictimaiyyətə açıqlanmır.
Təbarik Kadırov bu il martın 1-də “Təbarik Irs Group” şirkətinin təsisçisi olub, onun nizamnamə kapitalının 99%-nə sahibdir. Şirkət restoranlardan əmlak idarəçiliyinə qədər 35-dən artıq fəaliyyətlə məşğuldur.
Qeydiyyatdan bir neçə həftə sonra “Irs Group”un törəmə şirkətlər yaradıb. Onlardan “Bereket” pərakəndə yayım, “Alpine Meadows” - çörək və qənnadı məmulatları bişirmə və “Qroznı Taksi” - taksi xidməti ilə məşğuldur.
Təbarik Kadırova şirkətin təqdimat mərasimində bildirib ki, “İrs Group” geniş sahələri əhatə etməyi planlaşdırır. Bura pərakəndə satış, tanınmış Rusiya və xarici brendlərin və franşizaların cəlb edilməsi, mehmanxana və restoran biznesi, reklam, alqı-satqı, daşınmaz əmlakın icarəsi və s. daxildir.
KİV-in məlumatına görə, 2021-ci ilə qədər Kadırovlar klanının Rusiyadakı əsas aktivləri “Axmat Kadırov Fondu”nda cəmləşib. Təşkilat nominal olaraq Çeçenistan rəhbərinin anası Aymani tərəfindən idarə olunur.
Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko “Kavkaz.Realii” saytına bildirib ki, sanksiyaların əsas məqsədi Kremlə təzyiq göstərməkdir.
"Putinin bütün ətrafına və ümumən Rusiya elitasına təzyiq etmək lazımdır. Ukraynanın sanksiyaları onlar üçün ən o qədər təsiredici olmaya bilər. Amma Ukraynanın bu addımından sonra dünyada yeni sanksiyalar gələ bilər – onlar bundan qorxurlar. Hazırda Rusiya cəmiyyətinin bu gün Kreml rejiminə qarşı etiraza qalxacağı o qədər də inandırıcı deyil. Ancaq gec-tez Rusiya elitası üçün elə məqam gələcək ki, Putindən qurtulmaq riski onun yanında olmaq qorxsunu üstələyəcək”, - Qonçarenko hesab edir.
Rasim
“AzPolitika.info”


Şərhlər
Kadirov ozu ele putinin chaqqalidi