Menu

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb

06.04.2023, 14:55
TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb.

TƏBİB-dən verilən xəbərə görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.

6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

Şərhlər

Aydın 2023-04-06 20:34:32

Şəki Rayon Mərkəzi Xədstəxanasının giriş qapısının yanında Qəzet satmaq adı ilə Region mediasının köşkünü yerləşdirmişlər və köşkdə Peraşki, Dönər antisanitariya qaydasında bişirərək əhaliyə satırlar. Səlahiyyətli qurumların nümayəndələri bu qanunsuz, antisanitariya qaydasında satılan Peraşkinin, Dönərin satılmasına yol verirlər. Qida Agentliyinin fəaliyyəti olduqca mənfidir, neqatif hallar üçün mübarizə aparmırlar. X.e. aradan qaldırın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol