Menu

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb - Çarpayı fondu ləğv edilib

06.04.2023, 16:57
Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb - Çarpayı fondu ləğv edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nın 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.

Qeyd edək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib. Bundan sonra 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çarpayıların yığışdırılması, xəstəxanada dəyişiklik edilməsi və sağlamlıq mərkəzinə çevrilməsinə dair məlumat var idi.

TƏBİB-dən qeyd edilib ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına baş həkim vəzifəsinə yeni təyinat yoxdur.

Şərhlər

B.Cəfəri 2023-04-06 23:10:40

Hər iri (55-100min əhali üçün) rayonda azı bir stasionar klinika, bir reabilitasiya(bərpa)-sanator mərkəzi olmalı deyilmi? Hər rayonda təqribən 33-55-100min ailənin tibbi uçotunu aparan ərazi klinikası olmalı deyilmi?

t.ədalət 2023-04-06 21:08:09

Nərimanov rayonu tibbi mərkəzdə də(5 saylı xəstəxana) stasionar müalicəni ambulator müalicə ilə əvəz etməyin vaxtı çatıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol