Menu

Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib - YENİLƏNİB

07.04.2023, 12:01
Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib - YENİLƏNİB

Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. “Report” xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:

“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxrib atıdır”.

***

Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.

"Report"un xəbərinə görə, Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.

***

Bu gün Milli Məclis İran parlamentinin anti-Azərbaycan bəyanatına cavab verəcək.

“AzPolitika.info”ya daxil olan məlumata görə, millət vəkilləri fars rejiminin böhtan və hədyanlarla dolu mövqeyinə adekvat mövqe açıqlayacaq.

Xatırladaq ki, iki gün əvvəl İran parlamentinin 201 deputatının imzaladığı sənəddə ölkəmizə qarşı təxribatçı fikirlərə yanaşı islam dövlətlərinə və beynəlxalq təşkilatlara çağırş edilərək Azərbaycanı qınamaq çağırışı ünvanlanıb.

Gözlənilir ki, Azərbaycan Milli Məclisinin bəyanatında da dost müsəlman ölkələrinə və İslam Əməkdaşlıq Təşkilatına İran rejiminin təxribatçı əməlləri ilə bağlı müraciət edilsin.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol