"Çin ikili siyasət yürüdür".
"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, Pekin bir tərəfdən özünü sülməramlı kimi nümayiş etdirir, digər tərəfdən isə Rusiya təbliğatını aparır.
Blinken qeyd edib ki, Çinin Rusiya ilə yaxın münasibətləri var.
"Mən şişirtmək istəmirəm, lakin onların müəyyən təsir rıçaqları var. Rusiya Çindən daha çox asılıdır. O, bu münasibətlərdə kiçik tərəfdaşdır. Ümid edirik ki, Çin Rusiya üzərindəki səsindən və təsir rıçaqlarından istifadə edəcək", - Dövlət katibi vurğulayıb.


Şərhlər
Eynilə ABŞ kimi.
BMT TŞnın operativ DQMV həllinə Minsk Qrupunun özünün zidd-VETO fəaliyyəti Kremli Gürcüstanın və Ukraynanın işğalına da həvəsləndirib!? Digər tərəfləri kəskin *təcavüzkar-zərərçəkən* deyil, digər ikili münasibətləri mümkün həlləri də yox edir? Ermənistandan azərbaycanlı qovulubsa separat terrorçu Qarabağda ermənilərin qalması SÜLH şəraiti deyil, gözlənən yeni münaqişə mərkəzi deyilmi?