Aprelin 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
“AzPoltika.info” xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında verilib. Məlumatda deyilir ki, tərəflər Qarabağdakı hazırkı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.
Putin və Paşinyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları bütün bəyanatların ardıcıl olaraq həyata keçirilməsinin mühümlüyünü vurğulayıblar.
Bu mənada Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və stabilliyin təmin olunmasının, Cənubi Qafqazda iqtisadi və nəqliyyat bağlarının bərpası və Ermənistan-Azərbaycan sülh müqaviləsinin əsasının qoyulmasının vacibliyi qeyd olunub.
Nikol Paşinyanın mətbuat xidməti isə Kremldən bir qədər fərqli açıqlama yayıb.
Qeyd olunur ki, Rusiya və Ermənistan liderləri guya, Laçın yolunun "bloklaması” ilə bağlı Xankəndəndə qalan ermənilərin problemlərini müzakirə ediblər.
Məlumatda deyilir ki, Paşinyan söhbət zamanı məsələnin həlli üçün Rusiya sülhməramlı kontingentinin ardıcıl addımlar atmasının mühümlüyünü vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər