Menu

AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qalıblar - VİDEO

08.04.2023, 18:30
AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qalıblar - VİDEO

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Şərhlər

Geyret 2023-04-09 09:30:30

Govun sefiri olkeden

ƏNHU 2023-04-08 21:27:38

Nə şəhərin mərkəzi, nə də bu cür klassik arxitekturalı bir bina sözün həqiqi mənasında bunlara yaraşmır. Öz küntöy geyimləri və qeyri-sivil görkəmləri ilə şəhərin görünüşünə və asayişə xələl gətirirlər. Yerli sakinlərimiz gecə vaxtı bu qiyafəli adamlarla qəfildən rastlaşarkən səksənir, qorxu və ikrah hissi keçiriirər. Aidiyyatı təşkilatlardan xahiş edirik, XXİ əsri anlamayan, kameraya cıprmaq atan bu tip icma nümayəndələrini dərhal şəhərin mərkəzindən uzağa_ən yaxşı halda Motodroma evakuasiya etsin.

Ə 2023-04-08 20:41:28

Həyasızlığın və arxayınçılığın qədərinə bax ki, adamları qovursan da getmirlər. Zorla bizi təxribata çəkirlər ki, vurub ağız-burunlarını dağıdaq.Sonra da bunlar şaxsey-vaxsey təpib ulasınlar. Nə paxıl, nə namərd düşmənmiş bunlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol