“Kiyev Pentaqonun məxfi sənədlərinin sızması səbəbindən bəzi hərbi planlarında dəyişiklik edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə CNN Ukrayna Pezidenti Volodimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Dəqiq hansı planların dəyişdirildiyi göstərilməyib, lakin qeyd edilir ki, sızma Pentaqonu da normal vaxtlarda hökumətdəki yüzlərlə insanın hər gün istifadə edə biləcəyi həssas sənədlərin tirajını azaltmağa sövq edib.
Deputat bildirib ki, ABŞ Müdafiə Nazirliyi bu “məxfi” və “son dərəcə məxfi” qriflərlə internetdə yerləşdirilən bu sənədlərin Birləşmiş Ştatların, onun müttəfiqlərinin və tərəfdaşlarının milli təhlükəsizliyinə təsirini qiymətləndirmək üçün həqiqiliyini yoxlamaqda davam edir. Bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinq bildirib. Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi də iddia edilən sızma faktını araşdırır.
Xatırladaq ki, martın sonlarında Ukraynanın əks-hücum əməliyyatı, eləcə də silah transferi, qoşunların sayı, Yaxın Şərq və Çinlə bağlı gizli sənədlər internetdə yayılıb.
“The New York Times” qəzeti yazıb ki, yazıların skrinşotların “Discord messencer” platformasında yerləşdirilib. Sənədlərdən biri - Ukraynanın Baxmutunda hərbi əməliyyatlarının xəritəsi anonim 4chan forumunda yerləşdirilib. Sənədlərin bir hissəsində Ukraynanın hücuma hazırlaşdığı onlarla yeni briqadanın təlimi və təchizatının təfərrüatları, xüsusən də Qərb müttəfiqləri tərəfindən Ukraynaya təhvil verilmiş bütün tanklar, zirehli texnika və silahlar sadalanır. Eyni zamanda qeyd olunur ki, “avadanlığın təhvil verilmə vaxtı briqadaların hazırlıq prosesinə təsir göstərəcək”. Yayılan məlumatlarda Ukraynanın hava hücumundan müdafiə imkanlarının azalmasının təhlili də var.
Pentaqon mətbuata rəsmiləri sənədlərin həqiqi ola biləcəyini etiraf ediblər.
Rasim
“AzPolitika.info”


Şərhlər