Menu

“Rəis hədə-qorxu dilində xəbərdarlıq göndərib...” – Sakinlər Nərimanov rayon Sukanal İdarəsindən şikayətlənir

10.04.2023, 13:57
“Rəis hədə-qorxu dilində xəbərdarlıq göndərib...” – Sakinlər Nərimanov rayon Sukanal İdarəsindən şikayətlənir

Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsi 50 ünvanında yaşayan bir qrup sakin “Azərsu” ASC-nin yerli idarəsindən şikayətlənir. 

Sakinlərin “AzPolitika.info”ya ünvanladığı şikayət məktubunda bildirilir ki, Narimanov rayon Sukanal İdarəsinin rəisi və digər əməkdaşları qanunazidd, qərəzli fəaliyyətlə məşğuldurlar.

“Vətəndaş istifadə etdiyi suyun dəyərini sözsüz ki, ödəməlidir. Əsassız səbəbdən ödəmədiyi halda yalnız rayon məhkəməsinin qərarı əsasında su təchizatı dayandırıla bilər. Amma Nərimanovda bu qayda tamamilə fərqlidir. Supulu ödəməyən vətəndaşa heç bir araşdırma aparmadan hədə dilində yazılı xəbərdarlıq edilir. Nəticədə bilərəkdən ölkədə sosial gərginlik yaradılır” - deyə, sakinlər bildirirlər.

Müəlliflər qeyd edirlər ki, vətəndaşın evdə yaşayıb-yaşamadığı araşdırılmır, nəzərə alınmır, bağlı qapıdan supulu tələb edirlər.

“Ağsaqqal, ziyalı Tofiq İsmayılov 20 ilə yaxındır bizimlə qonşuluq edir. Bir neçə gün bundan əvvəl Nərimanov rayon Sukanal İdarəsinin rəisi Ruslan Behbudovun imzası ilə ona hədə-qorxu dilində xəbərdarlıq təqdim ediblər. Orada göstərilir ki, guya Tofiq İsmayılovun işlətdiyi suya görə 371 manat borcu var. Halbuki o, intizamlı sakindir, istifadə etdiyi suyu sayğac göstəricisi əsasında ödəyib. Amma Sukanal İdarəsi ona şər-böhtan atıb supulu ödəməyi tələb edir. Sual olunur, ağsaqqal nə etməlidir, həm sayğacda göstərilən məbləği, həm də Sukanal İdarəsinin qanunsuz tələb etdiyi pulu ödəməlidir?!”- sakinlər yazıb.

Sakinlərin şikayət məktubunda da bildirilir ki, “Azərsu” ASC-nin yerli orqanlarında vəziyyət onların düşündüyündən daha acınacaqlıdır.

“Çünki bu quruma hələ də “ağsaqqallıq” edən keçmiş sədr Qorxmaz Hüseynovdur” - deyə, şikayətdə qeyd olunur.

Rasim

“AzPolitika.info” 

Şərhlər

dadaşyev 2023-04-10 18:00:06

Uinston Çörçill deyib ki,əgər neft kraliçadırsa Bakı onun tacıdır.O vaxtlar neft yalnız Bakıda çıxırdı,bütün dünyada neft qıtlığıydı,hamı Bakıdan daşıyıb aparırdı,ona görə Çörçill belə deyib.İndi dünyada su qıtdı.Bizdə isə maşallah dağlar-dərələr su ilə,göllərlə,şəlalərlərlə doludu,amma suyumuzu o vaxtlar neftimizi daşıyanlar kimi daşıyıb aparmıırlar,bununla belə süni su problemi yaratmaq istəyənlər var ki,hər il bu ajiotajla suyun qiyməti qaldırılsın.Ona görə də Çörçill sağ olsaydı o sözlərini belə deyərdi:Əgər “Azərsu” Simnar xandırsa,yerlərdəki su idarələri Göygöz kosalardı.Aaaa!A balam,zəqqum olub keçiblər ee millətin boğazına.Onsuz da yaşayammırıq,heç olmasa suyumuzu bol edin dəə içib qarnımızı dolduraq,aclığımızı öldürək.And içmisiniz ki qoyası deyilsiniz yaşayaq?Tofiq Qasımov,sən bu camaatdan nə istəyirsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol