Menu

İran-Ermənistan münasibətlərində yüksək dinamika – Qriqoryan Şamxanı ilə nələri müzakirə edib?

10.04.2023, 14:17
İran-Ermənistan münasibətlərində yüksək dinamika – Qriqoryan Şamxanı ilə nələri müzakirə edib?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşündə regiondakı təhlükəsizlik məsələlərini müzakirə edib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Qriqoryan “Facebook” səhifəsində məlumat verib. O, Əli Şamxani ilə iş yeməyində olduğunu deyib və bildirib ki, görüşdə ikitərəfli münasibətlərin gündəliyi və inkişaf perspektivləri müzakirə edilib.

Xatırladaq ki, İran - Azərbaycan münasibətlərində gərginlik artdıqca Tehran-İrəvan münasibətlərində yüksək dinamika nümayiş olunur. İran bu ölkəni hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləyir ki, Bakı bu addımları Azərbaycana qarşı düşmənçilik siyasətinin təzahürləri hesab edir. İkitərəfli münasibətlərdə gərginliyin əsas səbəblərdən biri də Tehranın bölgədə Azərbaycanın maraqlarına qarşı destruktiv mövqeyidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol