Menu

DÜNYANIN İLK PUA GƏMİSİ XİDMƏTƏ BAŞLAYIR... - Türkiyənin ən böyük hərbi gəmisidi + FOTOLAR

10.04.2023, 15:31
DÜNYANIN İLK PUA GƏMİSİ XİDMƏTƏ BAŞLAYIR... - Türkiyənin ən böyük hərbi gəmisidi + FOTOLAR

Dünyanın ilk PUA gəmisi, həmçinin Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir.

“AzPolitika.info” Türkiyənin “Sabah” nəşrinə istinadla xəbər verir ki, “TCG Anadolu” gəmisi 2015-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmağa başlanılıb.

“TCG Anadolu” bu gün R. T Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Türkiyə nəşri yazır ki, bu miqyasda gəmiyə dünyanın yalnız 12 ölkəsində rast gəlinir.

“TCG Anadolu”nun PUA-lara da xidmət göstərə bilən ilk gəmi olacağı vurğulanır.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol