Menu

Bitkoinin dəyəri son on ayda ilk dəfə 30 min dolları ötüb

11.04.2023, 10:39
Bitkoinin dəyəri son on ayda ilk dəfə 30 min dolları ötüb

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin dəyəri ticarət sessiyası zamanı 5%-dən çox artaraq 30,194 min dollara çatıb.

"APA-Economics" Coindesk plaformasına istinadən xəbər verir ki, bu qiymət Bakı vaxtı ilə saat 06:00-da qeydə alınıb. "Worldcoinindex" platformasında isə bitkoin 30,399 dollara qədər yüksəlib.

Qeyd edək ki, bitkoinin dəyəri sonuncu dəfə 2022-ci il iyunun 10-da 30 min dolları ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol