“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum qərarı son anda veriləcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Ukraynanın gözlənilən əks-hücumu ilə bağlı mətbuata sızdırılan məxfi məlumatları şərh edərkən deyib.
Danilov qeyd edib ki, əks-hücumun detalları, bölmələrin say tərkibi, hücumun istiqamətləri və s. barədə məxfi məlumatları Ukrayna rəhbərliyində olduqca məhdud sayda adam bilir və bu məlumatların hətta ABŞ da daxil olmaqla, müttəfiq dövlətlərin ixtiyarında olması sadəcə, mümkünsüzdür. Çünki Ukrayna rəhbərliyi bu məlumatları heç kimlə bölüşmür.
Bununla yanaşı, Danilov deyib ki, əks-hücumla bağlı bir neçə variant var: “Əgər kimsə düşünrsə ki, bizim yalnız bir variantımız var, bu, belə deyil. Hətta üç variant da azdır”.
Danilov əlavə edib ki, istəniklən halda əks-hücum barədə son qərarı və əmri Ukrayna Ordusunun Baş komandanı general Valeri Zalujnı verəcək.
Təhlükəsizlik Şurasının katibi bildirib ki, sızdırılan “məxfi məlumatlar”ın böyük hissəsi heç də gizli deyildi və bu “sızma” Ukraynanın hücum planlarına təsir etməyəcək.
Qeyd edək ki, bundan öncə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar əks-hücum əməliyyatı ətrafında yaranan gərginliyə rəsmi münasibət bildirərkən deyib ki, bu əməliyyat barədə yalnız Prezident Volodimir Zelenski, Baş komandan Valeri Zalujnı və Müdafiə naziri Aleksey Reznikov bəyanat verə bilər.
“AzPolitika.info”


Şərhlər