“Təhlükəsizlik bizim üçün çox böyük problemdir, gündəmimizdəki əsas məsələdir, bu problemi mərhələ-mərhələ həll etmək lazımdır”.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 10-da Vayots Dzor vilayətinin Çiva kəndinin sakinləri ilə söhbətində belə deyib.
Onun sözlərinə görə, həm keçmişdə, həm də indiki çətinliklər hamıya məlumdur. O, dünyanın, böyük dövlətlərin də problemlərlə üzləşdiyi deyib və onu fırtınalı okeanla müqayisə edib. “Təsəvvür edin ki, kiçik dövlətlərin bu problemlərindən nə qədəri var. Bizim vəzifəmiz bölgədə ən qısa zamanda davamlı sülhün bərqərar olmasıdır. Bu da asan deyil, çünki bizim başqalarının fikirləri ilə üst-üstə düşməyən öz fikirlərimiz var. Bu, bizə ardıcıl olaraq eyni yolla getməyə və hər şeyi etməyə mane olur”, - Paşinyan bildirib.
Hökumət başçısı vurğuılayıb ki, ölkə inkişaf edir, təhlükəsizlik təmin olunarsa, bu inkişafın daha sürətli və davamlı olacağına inanır. "Biz hamımız bu təhlükəsizlik problemlərinin həllinə diqqət yetirmişik",- o qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər