"Fəxri adlar yaşa görə yox, işə görə verilməlidir.
Teatrda rollar əmioğlu, bibioğlu prinsipi ilə bölünməməlidir".
"Report" xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
O bildirib ki, teatrların kommersiya layihələri olmalıdır:
"Həmçinin teatrda ciddi nizam-intizam olmalıdır. Hər şey ədalət prinsipinə əsaslanmalıdır. Onda çox şey həll olunacaq".


Şərhlər
Hörmətli Nurəddin bəy, sənə edilən haqsızlığın mərkəzində mən də vardım. İllər boyu bunun əzabını çəkdim və bu gün də çəkirəm. O vaxt mən zəiflik etdim, müqavimət göstərə bilmədim. Səndən dəfələrlə üzr istəyirəm. Dəfələrlə. Nurəddin, sən kişi adamsan, heç nə soruşmadan məni bağışla. Qiyamətə qalmasın.
Elə bu KİŞİNİ teatra Baş direktor təyin etmək lazımdır.Ədalətli adamdır.