Menu

Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına 11 il həbs cəzası verilib

11.04.2023, 17:23
Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına 11 il həbs cəzası verilib

Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Nelli Fabriçnaya verilmiş ittihamla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya "Avtotransyol" və "Murov TSK"-nin rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol