Menu

“Zorakılığın və ikiüzlülüyün başçısı” – Makron Niderlandda etirazla qarşılanıb

12.04.2023, 11:22
“Zorakılığın və ikiüzlülüyün başçısı” – Makron Niderlandda etirazla qarşılanıb

Fransa Prezidenti Emmanuel Makron Niderlanda rəsmi səfəri zamanı bir qrup nümayişçinin etirazı ilə üzləşib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Makron Avropada yaşıl sənaye ilə bağlı çıxış etməyə başlayanda nümayişçilər iki pankart açaraq onun siyasətinə etiraz ediblər.

Təxminən 50 nümayişçi Makronun çıxışı zamanı üzərində “Zorakılığın və ikiüzlülüyün başçısı”, “Fransa demokratiyası haradadır?” yazılı pankartlar açıblar.

Makron əvvəlcədən planlaşdırdığı çıxışını yarımçıq kəsərək etirazçılara cavab verməyə çalışıb.

Fransa prezidentinin “Mənə vaxt versəniz, bu suala cavab verə bilərəm”, sözlərindən sonra zalda yenidən etiraz səsləri yüksəlib.

Etirazçılara müdaxilə edən təhlükəsizlik qüvvələri onların açdıqları pankartı aşağı salıb. Daha sonra nümayişçilər zaldan çıxarılıblar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol