“Təmas xəttindəki son toqquşma Ermənistanın Avropa İttifaqına olan ümidlərini puça çıxardıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı şərh edərkən bildirib.
“Baş nazir Nikol Paşinyan və onun nazirləri Avopa İttifaqının bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində ona görə yerləşdirdi ki, onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlarını və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklərini zənn edirlər. Yəni İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Yanıldılar”, - təhlilçi əlavə edib.
Onun sözlərinə görə, Avropa İttifaqının təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı.
“Avropa İttifaqı prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Doğru qərardır”, -ekspert vurğulayıb.
E.Şahinoğluna görə, İrəvan Avropa İtifaqının missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir: “Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, Avropa İttifaqı missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir. Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana bu səpgili mesaj göndərib: “Avropa İttifaqı missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı...”
Rasim
“AzPolitika.info”

Şərhlər
России никогда доверять нельзя Она всегда выступает с позиций имперского шовинизма и заинтересована быть арбитром в вечных кровопролитных войнах на своей периферии Наше будущее это америка и Европа
Politoloq Marişka-alkaşkanın sözünü misal gətirirsə mənim ona sözüm yoxdur ,bu politoloq anlamır ki dayanaqlı sülh ancaq Avropanın vasitəçiliyi ilə ola bilər , Marişka ilə yox ,onlar belə təxribatları tez-tez edəcəklər ki ,hər iki dövlətin ipini əllərində tutsunlar