Menu

"Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib" - Mixaylo Podolyak

14.04.2023, 13:53
"Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib" - Mixaylo Podolyak

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 77 000-dən çox müharibə cinayəti törədilib".

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, bu siyahıya qətllər, işgəncələr, deportasiyalar və s. daxildir: “Xüsusi tribunalın yaradılması savaşın ədalətli başa çatması üçün vacib məqamdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol