Menu

“Ermənistan əsgəri öz xidməti silahından açılan atəşlə yaralanıb” - MN

14.04.2023, 16:07
“Ermənistan əsgəri öz xidməti silahından açılan atəşlə yaralanıb” - MN

Erməni hərbçi, ilkin məlumatlara görə, öz xidməti silahından açılan atəşlə yaralanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti sabit olaraq qiymətləndirilir.

Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol