Menu

Azərbaycan bayrağını yandıran şəxs işdən çıxarılıb? – Paşinyanın sərəncam imzaladığı deyilir, amma...

15.04.2023, 14:14
Azərbaycan bayrağını yandıran şəxs işdən çıxarılıb? – Paşinyanın sərəncam imzaladığı deyilir, amma...

“Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan İctimai Televiziyanın əməkdaşı kimi mərasimdə iştirak etməyib”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Sputnik Ermənistan”a televiziyanın nümayəndəsi Anna Oqanyan deyib.

"Nikolyan mərasimdə dəvət olunmuş mütəxəssis kimi iştirak edib", - Ohanyan əlavə edib.

Bu gün səhər Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın ofisi Nikolyanın İctimai Televiziyanın baş stilisti vəzifəsindən azad edilməsi barədə sərəncam imzaladığını bildirib.

İctimai Televiziya rəhbərliyinin Nikolyanın işdən çıxarılması ilə bağlı hər hansı göstəriş alıb-almadığını soruşduqda Ohanyan, “Mən heç nə əlavə edə bilmərəm” deyib.

Qeyd edək ki, Nikolyan 2013-cü ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, Nikolyan hadisədən dərhal sonra polisə aparılıb. Faktla bağlı xuliqanlıq maddəsi ilə işin başlanması barədə məlumat verilib. Lakin onun vəkili Aleksandr Koçubayev bildirib ki, istintaq orqanı cinayət tərkibinin olmadığını, ona görə də cinayət işinin başlanmayacağını bildirib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Oxucu 2023-04-15 16:42:09

Nikol təyin edib ki, Nikol da çıxarsın? Yalan xəbərdir. Elə televiziyanın rəhbərliyinin özü çıxarmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol