Menu

"Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub" - XİN başçısı

15.04.2023, 17:40
"Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub" - XİN başçısı

"Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib.

O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün sahələrdə təşəbbüskarlıq göstərir:

“Biz koronavirus pandemiyası dövründə bütün ölkələrə kömək etməyə çalışdıq. Ona görə də ölkəmizdə baş verən zəlzələdən sonra dünya ölkələri bizə dəstək oldular”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol