Menu

“Bu hadisə Bakının sərt siyasətinin düzgünlüyünü bir daha göstərir” – Ramiz Yunus

15.04.2023, 20:29
“Bu hadisə Bakının sərt siyasətinin düzgünlüyünü bir daha göstərir” – Ramiz Yunus

“Ermənistanın paytaxtı İrəvan şəhərində Ağir Atletika üzrə Avropa Çempionatinin açılışı zamanı bütün tamaşaçıların və idmançıların gözü qarşısında Azərbaycan bayrağı yandırılıb. İndi mən dünyanın bütün erməni lobbiçilərinin bu cinayəti haqqında mövqeyini eşitmək istərdim”.

“AzPolitika.info” xəbər verir ki. bu sözləri Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus “Feysbuk” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu ağır cinayət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini yaxınlaşdırmır, əksinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası məsələsində sərt siyasətinin düzgünlüyünü bir daha göstərir.

“Bizim başqasının torpağında gözümüz yoxdur, amma öz ərazimizi heç kimə bir daha verməyəcəyik!”,- Yunus vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Elmira 2023-04-16 14:08:40

Ramiz Yunus bizim fəxrimizdir! Allah saxlasın Sizi ,Ramiz bəy.

Bahadur Yunusov 2023-04-16 09:42:24

Tarixin otuz beş illik ən vəhşi cinayətlərindən sonra ermənilər təxribatları rusların üzərinə atırlar. Naməlum R.Vardanyana qarşı aciz dövlətin sərt də deyil, hansısa ciddi hüquqi hərəkətini izlədinizmi?

ƏNHU 2023-04-15 22:48:30

"Öz ərazimizi heç kimə bir daha verməyəcəyik!” Ramiz Yunusun bu nidası tövbəyə çağırışdır. Biz bir millət olaraq and içməli və tövbə etməliyik. Dünyanın yarısı boyda olan ölkəmiz ovuçun içi qədər qalıb. Buna necə dözürük? Budurmu bizim gələcək nəsillərə qoyub getdiyimiz Azərbaycan? İngilislərin Britaniyasına, fransızların Fransasına, yaponların Yaponiyasına baxaq...Məncə sussam yaxşıdır.

Roma 2023-04-15 19:31:18

Sağ olun Ramiz müəllim, yazılarınızı həvəslə oxuyuram, Vətənpərvər mövqeyinizi bəyənirəm...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol