Menu

Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşüb - FOTO

15.04.2023, 23:54
Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşüb - FOTO

Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 39-BB-240 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:

Quliyev Natiq Akif oğlu (1980);

Quliyeva Təranə Hüseyin qızı;

Quliyev Həsən Natiq oğlu.

Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol