Terror təşkilatı PKK/YPG Suriyanın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki bazalarını atəşə tutub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb. Onlar Kilis Dövlət Xəstəxanasına çatıdırlıb.
Terrorçuların mövqeləri müəyyən edilərək antiterror əməliyyatı başladılıb.


Şərhlər
Biz-vətəndaşlar dövlətimizin müdafiəsinə və təhlükəsizlik zəmanətlərinə inanırıq və sorulan təzminatları verməyə hazırıq! Suriya, Türkiyə və Azərbaycan dövlətimiz nədən qeyri-qanuni (guya siyasi təmayül qurumlarını) siilahlı terrorçuları illərlə zərərsizləşdirə bilmirik?,