Menu

Rusiya-Ukrayna arasında əsir mübadiləsi baş tutub

17.04.2023, 13:24
Rusiya-Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram” hesabından paylaşım edib.

“Pasxa bayramı ilə əlaqədar əsir mübadiləsi baş tutub. Son günlər bir neçə mərhələdə 130 ukraynalı hərbçi azad edilib”,-deyə o, bildirib.

Qeyd edək ki, Rusiya hələlik əsir mübadiləsi ilə bağlı rəsmi açıqlama verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol