Suriyanın Kobani şəhərində kürd döyüşçülərin irəliləməsi, İslam Dövləti (İD) yaraqlılarını altı binadan çıxarması barədə məlumatlar gəlir.
Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, noyabrın 18-də kürdlər “çoxsaylı silah və sursat ələ keçirib” Hücumda 13 İD yaraqlısının öldürüldüyü bildirilir.
Bu hücumdan öncə ABŞ koalisiyası Kobanidəki İD mövqelərinə dörd hava zərbəsi endirib.
İD-nin Kobaninin 50 faizindən çoxunu tutduğu deyilir. Bu ekstremist qrup Suriya və İraqda böyük ərazilər ələ keçiriblər.


Şərhlər