Menu

“Ruslar növbəti “xoşməramlı jestə” hazırlaşır” – Bu dəfə Xersonda...

18.04.2023, 12:53
“Ruslar növbəti “xoşməramlı jestə” hazırlaşır” – Bu dəfə Xersonda...

“Rusiyalılar daha bir “xoşməramlı jestə” hazırlaşırlar. Onlar Xersonun sol sahilində müdafiə xətləri qurur və ərazini minalayırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna müdafiə qüvvələrinin cənub qruplaşmasının sözçüsü Natalya Qumenyuk deyib.

Onun bildirdiyinə görə, Rusiya hərbçiləri müdafiə istehkamları qurmaqla yanaşı, oğurladıqları əşyaları “qablaşdırmağa” və mülki geyimlər əldə etməyə başlayıblar. Bu isə həmin işğalçı qüvvələrin Xersonun sol sahilindən qaçmağa hazırlaşdığının göstəricisidir. Çünki rus qoşunları Xersonun sağ sahilini, Xerson şəhərini tərk etməzdən əvvəl də eyni şeyləri edirdilər.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol