Menu

Bu il Neft Fondu nə qədər qazanıb, nə qədər xərcləyib? – Büdcəyə 1.5 milyard manat köçürülüb...

18.04.2023, 16:57
Bu il Neft Fondu nə qədər qazanıb, nə qədər xərcləyib? – Büdcəyə 1.5 milyard manat köçürülüb...

Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.

Fondun İctimaiyyətlə əlaqələr mərkəzindən “AzPolitika.info”ya verilən məlumata görə, 2023-cü il martın 31-ə ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9.0% artaraq 53 437,6 milyon ABŞ dolları təşkil edib.

Açıqlamada qeyd olunur ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil edib.

“2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil edib” – deyə, informasiyada qeyd edilib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər isə 2047,3 milyar manatdır. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 427,6 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 1576,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2,0 milyon manat yönəldilmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,1 milyon manat təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol