Menu

"Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır" - Prezident İlham Əliyev

18.04.2023, 17:24
"Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır" - Prezident İlham Əliyev

"Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir".

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol