Menu

Bakıda Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

19.04.2023, 13:33
Bakıda Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib.

APA xəbər verir ki, iclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələlər nəzərdən keçirilib:

• Ticarət əlaqələrinin və investisiyaların təşviqi

• Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri

• İnnovativ texnologiyaların tətbiqi - rəqəmsal iqtisadiyyat

Komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen həmsədrlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol