Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verib.
“AzPolitika.info” xəbər verir ki, Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, vəd edilən yeni hərbi yardım paketi çərçivəsində “Patriot” zenit-raket kompleksi və sursatları Ukraynaya çatdırılıb.
Almaniya həmçinin Ukraynaya 16 “Zetros” yük maşını və daha 2 sərhəd mühafizə maşını tədarük edib.
Bildirilib ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində silah və hərbi texnikanın göndərilməsinə icazə verib.
“AzPolitika.info”


Şərhlər