Menu

Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarıb

19.04.2023, 21:00
Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarıb

Moldova Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkəyə buraxılmaması ilə bağlı insidentdən sonra Rusiya səfirliyinin əməkdaşını “persona non-qrata” elan edərək ölkədən çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non-qrata” elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol