Menu

“Onları qaz kameralarında boğun”- Ukraynalılara qarşı daha bir dəhşətli işgəncə faktı

20.04.2023, 13:46
“Onları qaz kameralarında boğun”- Ukraynalılara qarşı daha bir dəhşətli işgəncə faktı

Ukrayna Təhlükəsizlik Xidməti işğal olunmuş ərazilərdə ukraynalılara qarşı ağır işgəncə və repressiyaları təşkil edən və bu hərbi cinayətlərdə iştirak edən daha bir zabitin kimliyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanının mətbuatda dərc olunan açıqlamasında əslən Dağıstandan olan Əyyub Eldarov adlı Rusiya ordusu podpolkovnikinin xüsusi cəza dəstələri yaratdığı göstərilir.

Məlumatda qeyd olunur ki, Eldarov öz tabeliyində olan cəza dəstələri vasitəsilə xüsusilə Berdyansk şəhərində Ukrayna ordusu və Kiyev hakimiyyəti tərəfdarı olan fəalları müəyyən edərək, onlara işgəncələr verib və qətl edib. Hətta bu zabitin öz adamlarına xüsusi qaz kameraları inşa etdirdiyi və ukraynalıları həmin kameralarda boğmağı əmr etdiyi bildirilir.

“Rosqvardiya”nın batalyon komandiri olan Eldarovun Berdyanskdakı qəsəbələrin birinə komendant təyin olunduğu qeyd edilir. Məlumatda deyilir ki, Kremldən aldığı tapşırıqlar əsasında Eldarov öz cəza dəstələrinə rusiyalı hərbçiləri, Rusiya xüsusi xidmət orqanları əməkdaşlarını və yerli xainləri cəlb edib.

Məlumatda bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanları sözügedən hərbi caniyə qarşı cinayət işi qaldırıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol