Menu

Ukraynada çəkilən bu foto nüfuzlu mükafata layiq görüldü - FOTO

20.04.2023, 15:48
Ukraynada çəkilən bu foto nüfuzlu mükafata layiq görüldü - FOTO

Ukraynalı fotoqraf Yevgeni Maloletka 2022-ci il üçün “World Press Photo” mükafatının qalibi olub.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, onun 2022-ci ilin martında rus qoşunları tərəfindən mühasirəyə alınan Mariupolda çəkdiyi şəkli ilin fotosu kimi tanınıb. Münsiflər heyətinin fikrincə, foto müəllifi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində insanların çəkdiyi iztirabları bir kadrda göstərə bilib.

“Associated Press”in fotomüxbiri Yevhen Maloletka ötən ilin martında mühasirədə olan Mariupolda işləyən azsaylı jurnalistlərdən biri olub. “World Press Photo” münsiflər heyəti tərəfindən mükafatlandırılan foto martın 9-da rus qoşunlarının xəstəxana və doğum evini atəşə tutmasından az sonra çəkilib. Burada yaralı hamilə qadının mərmi atılan yerdən xərəkdə aparılması təsvir olunub. Onun daha sonra öldüyü, uşağı da xilas etməyin mümkün olmadığı bildirilib.

Yevgeni Maloletka müharibə zamanı Mariupolda mülki əhalinin həyatını və top atəşinin nəticələrini lentə alıb. Gəncin çəkdiyi fotoşəkillər bir çox dünya nəşrlərində dərc edilib.

Rusiya dövlət mediası mərmi xəbərlərinin saxta olduğunu və fotoların səhnələşdirildiyini iddia edib. Bu iddialar müstəqil ekspertlər tərəfindən ətraflı təhlil edilib və təkzib edilib.

Danimarkalı fotoqraf Mads Nissen Əfqanıstandan çəkdiyi silsilə kadrlarla "İlin ən yaxşı foto hekayəsi" nominasiyasının qalibi olub.


“World Press Photo”nun direktoru Anna Lena Mer “Deutsche Welle”yə müsahibəsində bildirib ki, müsabiqəyə təqdim olunan bütün işlərin orijinallığı üç mərhələdə yoxlanılır: mənbə ilə yoxlama, hərtərəfli fakt-yoxlama və fotoşəkilləri müşayiət edən məlumat materiallarının yoxlanılması. Müsabiqənin təşkilatçıları mətbuat nəşrlərinin informasiya müharibələrində istifadə oluna biləcəyini başa düşür və təsvirlərin həqiqiliyini təmin etmək üçün müasir texnologiyalar sahəsində analitikləri cəlb edirlər.

Rasim

“AzPolitika.info”

Şərhlər

hərbi pensiyaçı 2023-04-20 18:40:26

fiksiya, montajdır!!! İkiüzlü Qərb mətbuatına inanmayın. Onlar Azərbaycan xalqının düşmənləridir. onlar özlərinin görmək və eşitmək istədiklərini təbliğ edirlər və hamıya ağıl verməyə cəhd edirlər. Bizim respublika haqqında çox böhtanlar yazıblar. Ona görə də onların Ukrayna haqqındakı məlumatları da həqiqəti əks etdirmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol