Menu

Kiyevdə Rusiya səfirliyinin torpağı və əmlakı əlindən alınır

20.04.2023, 17:06
Kiyevdə Rusiya səfirliyinin torpağı və əmlakı əlindən alınır

Kiyev şəhər meriyası Rusiyanın Ukraynadakı səfirliyi ilə torpaq icarəsi müqaviləsinə son qoyur.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko şəhər administrasiyasının toplantısında bildirib.

Kliçko deyib ki, təkcə torpağın icarəsinə son qoyulması ilə iş bitməyəcək və səfirliyin bütün əmlakının müsadirə olunmasıyla bağlı Ukrayna hökumətinə müraciət olunacaq.

Qeyd edək ki, 2016-cı ildən 2022-ci ilin fevralına qədər Rusiya Ukraynada səfir yox, müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunub. Bu da münasibətlərin gərginliyilə bağlı olub. İşğalçılıq müharibəsinin başlanmasından bir neçə gün əvvəl isə səfirliyin əməkdaşları tez-tələsik Ukraynanı tərk ediblər.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol