Azərbaycan dövləti özü də qlobal təhlükələrlə mübarizə aparılması üçün donor ölkə kimi başqa dövlətlərə və beynəlxalq təşkilatlara maliyyə yardımları edir.
SalamNews-un məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində bildirib.
Fuad Ələsgərov deyib ki, Azərbaycan tərəfindən yalnız 2014-cü il ərzində ebola virusu ilə mübarizə aparmaq üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar, Qəzza bölgəsində yaranmış humanitar böhranın aradan qaldırılması üçün təxminən 640 min dollar, Serbiyada məskunlaşmış qaçqın və məcburi köçkünlərə yardım etmək məqsədilə təxminən 535 min dollar, humanitar məqsədlərlə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün müxtəlif ölkələrə təxminən 1 milyon dollar məbləğində yardımlar ayrılıb.
Ümumiyyətlə, son üç il ərzində belə yardımların məbləği təxminən 16 milyon ABŞ dolları olub. Bundan əlavə, bu gün Azərbaycan Avropa ölkələrində belə mədəni, sosial layihələrin icrası və humanitar böhranların aradan qaldırılması məqsədilə maliyyə yardımları ayırır.


Şərhlər