Menu

Şamaxıda 18 yaşlı gənc qətlə yetirilib

22.04.2023, 08:36
Şamaxıda 18 yaşlı gənc qətlə yetirilib

Aprelin 22-də saat 07 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol