Menu

"Türkiyədəki seçimlərin taleyini onlar müəyyən edəcək" - "Euronews"

22.04.2023, 14:29
"Türkiyədəki seçimlərin taleyini onlar müəyyən edəcək" - "Euronews"

Fransanın məşhur "Euronews" telekanalı 14 mayda Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı öz analizini paylaşıb.

Anketləri analiz edən "Euronews" hazırkı prezidenti, “Cumhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanla “Millət ittifaqı”nın namizədi Kamal Kılıçdaroğlunun səslərinin demək olar ki, bərabər olduğunu bildirib.

"Euronews" sözügedən anketlərdə Avropada və xüsusilə Almaniyada yaşayan türk seçicilərin səslərinin nəzərə alınmadığına diqqət çəkib.

“Türkiyə vətəndaşları mayın 14-də yeni prezidenti seçmək üçün səs verəcək. Seçicilərin təxminən 5,3 faizi xaricdə səs vermək üçün qeydiyyatdan keçdiyi üçün hazırkı prezident R. Tayyib Ərdoğan və müxalif lider Kamal Kılıçdaroğlu arasında gərgin mübarizənin nəticəsinin müəyyən edilməsində türk mühacirlərin rolu həlledici ola bilər” - deyə, xəbərdə qeyd olunur.

"Avropadakı türk seçicilər qarşıdan gələn prezident seçkilərində son sözü deyə bilərmi?" sualına “Euronews” 2018-ci ildə keçirilən prezident seçkiləri üzərindən cavab tapmağa çalışıb.

Qeyd olunub ki, 2018-ci ildə keçirilən prezident seçkilərində xaricdə səs vermək üçün 3,04 milyon Türkiyə vətəndaşı qeydiyyatdan keçib və bu insanların yarısı səsvermədə iştirak edib.

"Euronews" seçkinin nəticəsini təhlil edib və o qənatə gəlib ki, 2018-ci ildə keçirilən prezident seçkilərində Avropada yaşayan türk seçicilərin böyük əksəriyyəti R. T Ərdoğanı dəstəkləyib.

Xəbərdə R. T Ərdoğanın Almaniyada 64 faiz, Fransada 63 faiz, Hollandiyada 72 faiz, Belçikada 74 faiz, Avstriyada isə 71 faiz səs topladığı vurğulanıb.

"Euronews" əlavə edib ki, aparılan təhlillərə görə, seçkinin ikinci tura qalacağı gözlənilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol