Menu

Azərbaycanda son sutkada 10 nəfər COVID-19-a yoluxub - FOTO

23.04.2023, 16:00
Azərbaycanda son sutkada 10 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 105 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 623 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 655, hazırkı dövrədək isə 7 582 685 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol