Menu

Bakıda 34 yaşlı qadını 6 nəfər döyüb

24.04.2023, 08:24
Bakıda 34 yaşlı qadını 6 nəfər döyüb

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

“Report”un məlumatına görə, “20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

t.ədalət 2023-04-24 11:47:31

Cinayətlərin artımı göstərir ki,polis heç nəyə qarışmır.....Küçə və yollara düzülən müşahidə kameraları,görəsən,kimlərin izindədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol