Rusiyanın nəzarətində olan ərazilərdə Kremlin yeni tapşırığını icrasına başlanılıb. Belə ki, insanları Rusiya pasportlarını almağa məcbur edir və bununla da Ukraynanın işğal olunmuş ərazilərinin “ruslaşdırılma”sına çalışırlar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniya müdafiə nazirliyinin kəşfiyyat hesabatında bildirilir.
Məlumata görə, iyunun əvvəlinə qədər Rusiya pasportuna sahib olmayan hər kəs bu ərazilərdən deportasiya edilə bilər. Onlara əmlaklarının müsadirə ediləcəyi xəbərdarlığı edilib.
“AzPolitika.info”


Şərhlər