Menu

"Verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçündür" - “Reallıqla barışacaqlar”

24.04.2023, 15:12
"Verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçündür" - “Reallıqla barışacaqlar”

“ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bunun 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Qərbdən Azərbaycana ünvanlanan tənqidləri şərh edərkən belə deyib. ”Kreml həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb, nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Digər tərəfdən, bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edirlər. Minsk Qrupunun dağılmasında bu amilin də rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri “Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyantına riayət etmək lazımdır”. Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparısınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması Sizin üçün istisnadır?”, - təhlilçi sual edir.

“Biz sərhədlərimizdə keçid-məntəqələri yaradırıq, kimsə işimizə qarışa bilməz, verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır. Yəni Vaşinqton və Paris ermənilərə deyirlər ki, “biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın”. Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər”, - E.Şahinoğlu vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol