“Dünya üstümüzə gəlir, mənhus baxışlar və iti caynaqları ilə”.
Vitse-spiker Fəzail İbrahimli bunu parlamentdəki çıxışında həmkarı Vahid Əhmədovun "Youtube" kanallarından birinə müsahibəsindəki fikirlərinə reaksiyasında bildirib.
Sədr müavini bildirdi ki, bu vəziyyətdə hamımız bir yerdə olmalıyıq: “Biz keçən iclasda İranın qərəzli siyasətinə etiraz etdik. Bu gün nəyi müzakirə edirik, çox təəssüf ki, öz həmkarımızın parlament haqqında dediklərini. Aydın müəllim dedi “tələyə düşdü”. Qətiyyən razı deyiləm, Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara ehtiyac duyulur. Onlar gənclərimizin buraxdığı səhvlərin üzərinə getməlidir. Çox təəssüf ki, bu gün Vahid müəllim özünü müzakirə obyektinə çevirib. Deyirsən 3 nəfərdən başqa burda hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Vahid müəllim, az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Məgər Azərbaycan parlamenti dövlətin bir qolu deyil? Sən sınıq qolun yanında olursan? Adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz var, vəzifəniz var. Nə istəyirsiniz?” Daha sonra spikerə müraciət etdi: “Sahibə xanım, Azərbaycan parlamentində oturub, Azərbaycan parlamentinin ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!” (musavat.com)

Şərhlər
Mence prezident bu parlamenti de buraxmalı ve azad seçkilere getmelidir.Onda her kes öz yerini tapacaqdır.
Yaxşı olardı ki, bu məsələyə münasibət xalqdan gələrdi. Əksəriyyət 20-25 il parlamentdə otuzdurulan və özləri demişkən uzun illər bir yerdə yeyib, içib, səfa sürən, varidat yığan, amma Ölkə Başçısının etimadını bu və ya digər şəkildə doğrultmayanların (hələ xalqı demirəm, zatən xalq heç onların əksəriyyətini tanımır da belə) bir -birlərinin üzərlərinə getməsi, əslində hakimiyyetin imicinə və möhkəmliyinə kölgə düşürməkdən başqa bir şey deyildir. Olaki de Azərbaycanın düşmənləri tərəfindən basqıya məruz qaldığı bir dönəmdə. Dəfələrlə qeyd etmişik, hətda bu barədə Ölkə Başçısının elektron poçtuna da fikirlərimizi çatdırmışıq ki, bu səviyyədə olan indiki bu yarımçıq doğulmuş parlament buraxılmalı, Konstitusiyada köklü dəyişiliklər edib, yeni seçgilərə və referenduma gedib hazırkı sistemi dəyişmək lazımdır. O sistem ki, Ölkə Başçısı da öz çıxışlarında ölkədə sistemin köhnəldiyini bir zad dilə gətirmişdir. Məhz buna görədir ki, aparılan islahatlarda xüsusən də kadr islahatlarında çox zaman müsbətə doğru heç nə dəyişmir ki, bu da Ölkə başçısının qarşıya qoymuş olduğu hədəflərə ulaşmaqda sadəcə zaman almış olur.. Amma onu da bilirik ki, bu məsələdə gecikməmiz, Qarabağ ətrafında baş veren olaylar və bundan dolayı da yuxarıda da qeyd etdiyimiz kimi, beynəlxalq və xüsusən də bədnam qonşularımız tərəfindən mütəmadi basqıların hələ də var olması, dövlət üçün mühüm olan belə bir məsələni hələlik ərtələməyə dövləti məcbur edir. İnşallah enində -sonunda bu məsələdə də Ölkə Başçısı nəhayyət də öz qətiyyətini ortaya qoyacaqdır. Ona görə də istər yüksək ranqlı məmur olsun, istər Milli Məclisin üzvü olsun əgər mövzu bais dövlətdirsə, onun bekasıdırsa, her kes konuşmasında da, hereketlerinde de haddini bilecek.
Büdcədən oğurlanmış vəsaitlər ortaya çıxarılsa,Vahidin əsl siması xalqa məlum olacaq,bəziləri özlərini saxta vətənpərvərlik adı ilə bu adamı müdafiyə edirlər,çox istərdim onun dövlətdən oğurlanmış pullar üzə çıxaydı,Səfər Əbiyevlə,Qorxmaz Azərsu ilə və digər dövlətin pulunu mənimsəyən məmurlarla iş birliyi aşkarlansın,onda bu vayşuvanların halına baxardım.
BIRTƏHƏR OLURSUNUZ siz - SƏHV DÜŞƏNDƏ yeriniz...zabul-biabır təsnifi ifaçıları.....
Məgər Milli Məclisbazardr? necə yəni mandatını qoy.çıx get! Bəs seçicilər? Bu ağılla o adam oraya necə seçilib,necə oturdulub? Bu ölkə niyə bu günə salındı?Bazar adamları,deputat. və s...
Vahid hər zaman özünə və ətrafına sərf edən çıxışları ilə gündəmdə olub,dövlətçilik belələri üçün tam bahanədır,oxucuların pərdə arxasında nə baş verdiyini bilmir,bu adam isə öz əhatəsinin şəxsi mənafeyini ortaya qoyur,oxucularınıda inandırmaq istəyirki millət üçün nə isə edir.
Kecmis deputat Yuskaya deyin bu qoca hepende bir yagli şille vursun.Kecmisdeki kimi
120 SECILMEMIS TƏYIN OLUNMUŞ ALVERÇI DEPUTATLARI TƏRƏZIYƏ QOYSAQ VAHID MÜƏLLIMLƏ . VAHID MÜƏLLIMI YERINDƏN TƏRPƏDƏ BILMƏZLƏR. SOĞAN YEMISINIZ IÇINIZ NIYƏ GOYNUYUR
Yalanlar və yarınmaq yolu seçmişlər nəyinki, parlament adına, hətta Azərbaycan adına olan istənilən yerə ləkədir. Bu ölkədən mütləq qurtulub, haqq yoluna keçəcəyik.
Vahid müəllim xalqın deputatıdır, siz getsəniz daha yaxşı olar ?
PARLAMENTİ DƏ ŞƏXSİ MÜLKƏ DÖNDƏRİBLƏR EY. SÖZƏ BAX BƏYƏNMİRSƏN ÇIX GET. NİYƏ GETSİN AY DEPUTATCIQ ORA SƏNİN ATA BABA ŞİRKƏTİNDİR ÇIX GET
Fəzail İbrahimli ziyyalli zumrəsinə aid birisidi.Bu da ..
Vahid müəllimə tövsiyəm, Fəzaillərdən ehtiyatlı ol...xüsusilə Ağamalıdan...
Eşitməmisiniz su bir yerdə çox qalanda iylənir. 20-25 il sanki Azərbaycanda adam yox imiş kimi. parlamentdə eyni adamlar otuzdurulanda tebii ki, sonu bu olacaq. Tenqid edende 2o--25 illik, savunan da. Ona görə də defelerle Ölkə Başçısının elektron poçtuna yazmışıq ki. cənab Prezident gecikmeden bu yarımçıq doğulmuş Meclis buraxılsın, Konstitusiyada köklü deyişilikler edib, yeni seçgilere ve referenduma gedilib sistem deyişdirilsin. Çünki, Ölkə Baçısının da dedyiyi kimi mövcud sistem artıq köhnəlib. İnanırıq ki, cənab Prezident buna gedəcək. Sadəcə Qarabağ məsələsindəki gərginlik bu məsələləri müvəqqəti olaraq erteleyir.
SEÇİLMƏYƏN, TƏYİN OLUNMUŞ ZU TUTANLAR YENƏ ÖZ ƏMƏLLƏRİNDƏDİRLƏR
Vahid müəllim tam düz deyir.Seçicilər tərəfindən qovulan Fəzail Ağlamalı (Ağlamalı),və xalqın nifrət obyektinə qovuşan Fəzail görün kim haqqında danışır.Vahid müəllim daim iqtidaın və xalqın yanında olub.