Menu

Ukraynanın hərbi xərcləri bir il ərzində 640 faiz artıb

25.04.2023, 12:43
Ukraynanın hərbi xərcləri bir il ərzində 640 faiz artıb

Ukraynanın hərbi xərcləri bir il ərzində 640 faiz artaraq 44 milyard dollara çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilir.

Müharibə səbəbilə Ukrayna iqtisadiyyatına dəymiş zərərə görə Kiyevin hərbi xərcləri 2022-ci ildəki ÜDM-nin 34%-ni, 2021-ci ildəki ÜDM-nin isə 3,2%-ni təşkil edib.

Hesabata görə, 2022-ci ildə ABŞ Ukraynaya 19,2 milyard dollarlıq hərbi yardım edib. Bu, Vaşinqtonun soyuq müharibədən sonra tək bir ölkəyə göstərdiyi ən böyük həcmli hərbi yardımıdır. Əlavə olunub ki, Ukraynaya yardım ABŞ-ın ümumi xərclərinin cəmi 2,3%-ni təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol